"Dortmund "Borussiya"sı futbolçusu Ceymi Bayno-Gittenslə yeni müqavilə imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2028-ci ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ceymi 2020-ci ilin yayından "Borussiya"da çıxış edir. O, bu mövsüm 3 oyuna çıxıb.