"Ukrayna və Moldova istisna olmaqla, assosiasiyanın bütün ölkələrinin liderlərinin Bişkekdə MDB Dövlət Başçıları Şurasında iştirakını gözləyirəm".
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Minskdə jurnalistlərə MDB-nin baş katibi Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, Bişkek sammitində Azərbaycan və Ermənistan liderlərinində iştirakı gözlənilir.
Qeyd edək ki, Şuranın Qırğızıstanın paytaxtında iclası oktyabrın 13-nə planlaşdırılıb.
Gözəl Həşimova