Azərbaycan karateçisi Musa Musazadə beşqat dünya çempionu olub.

İqtisadiyyat.az-ın məlumatına görə, o, Yaponiyanın Matsuyama şəhərində keçirilən Aşihara növü üzrə mundialın qızıl medalını qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan M.Musazadə bütün rəqiblərinə qalib gəlib.

14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Digər karateçi Fərman Rəhimov isə dünya çempionatını bürünc medalla başa vurub.