Azərbaycanın bu ilin yanvar-iyul aylarında İspaniya ilə ticarət dövriyyəsi 723,3 milyon ABŞ dolları həcmində olub.
İqtisadiyyat.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 245,9 milyon ABŞ dolları və ya 51,4 % çoxdur.
Hesabat dövründə Azərbaycanın İspaniyaya ixracı 654,7 milyon ABŞ dolları həcmində olub. Ölkənin İspaniyadan idxalının həcmi isə 68,6 milyon ABŞ dolları olub.
Gözəl Həşimova