Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Lüksemburqda bir araya gəliblər.
İqtisadiyyat.az xəbər verir ki, toplantıdan öncə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell jurnalistlərə açıqlamasında görüşün əsas məqsədini açıqlayıb.
O bildirib ki, Aİ XİN başçıları Fələstin-İsrail münaqişəsini, Qəzzaya humanitar yardımın çatdırılmasını, eləcə də Ukrayna məsələsini və Azərbaycan-Ermənistan arasında normallaşa prosesini müzakirə etmək üçün toplaşıblar.
"HƏMAS-ın İsrailə hücumu və ardınca Qəzzanın bombardman edilməsindən sonra bölgəyə təcili humanitar yardım göndərilməsi vacibdir. İsrailə güclü dəstəyimizi göstərməliyik, çünki onlar yəhudilərə qarşı ən böyük hücumlardan birinə məruz qalıblar. Eyni zamanda, günahsız fələstinli mülki vətəndaşların öldürüldüyünü də etiraf etməliyik. Onlar da HƏMAS-ın qurbanlarıdırlar. Bunu da qeyd edim ki, bugünkü görüşdə Yaxın Şərqdəki hadisələrlə yanaşı, Ukrayna və Azərbaycan-Ermənistan arasındakı vəziyyət də müzakirə olunacaq", - deyə o bildirib.
Gözəl Həşimova