Logo

Məktəbdəki biabırçılıq Nazirlik tərəfindən araşdırılır - RƏSMİ (VİDEO)


Bir neçə gün əvvəl Gəncədə 10 nömrəli məktəbdə valideynlə direktorun saçyoldusu ilə bağlı sosial şəbəkədə video yayılmışdı. Məlum hadisə ilə bağlı  Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov İqtisadiyyat.Az saytına açıqlama verib:

"Bəli, belə bir hadisə baş verib. Lakin bu hadisə ilə bağlı Təhsil Nazirliyinə rəsmi məlumat daxil olmayıb. Hazırda araşdırma aparılır. Yəqin ki, araşdırmalar yekunlaşdıqdan sonra bununla bağlı müəyyən tədbirlər görüləcək."

11.02.2019 16:13 112
Digər, Sosium,