Logo

Azərbaycan şirkəti xaricdə 100 milyon dollarlıq – TENDER UDUB


Azərbaycan şirkəti Qazaxıstanda yol tikintisi tenderinin qalibi olub. 

İqtisadiyyat.Az FED.az TENDER-ə istinadən xəbər verir ki, «Azerinsaatservis» LLC şirkəti Qazaxıstanda Almatı – Çin yolunun tikintisi üzrə tenderdə qalıb gəlib. Qazaxıstan Dövlət Avtomobil yollarının elan etdiyi tender ümumi uzunluğu iki hissədən ibarət olan 125 kilometrlik yolun tikintisi üzrə keçirilib. Layihənin dəyəri 102 milyon dollar təşkil edir. Yol tikintisi üçün layihəni Dünya Bankı maliyyələşdirir.

11.02.2019 15:14 8
Tender,